Dərc edildi: Baxış sayı: 704
Neftçalada saxta arayış satan həkim həbs edildi
Neftçala rayonunun Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun saxta tibbi arayış verməsi müəyyən edilib.
Ens.az xəbər verir ki, bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər.
Əməliyyat tədbiri nəticəsində Neftçala rayonunun Xolqaraqaşlı kənd xəstəxanasının həkimi M.Əhmədovun pul müqabilində karantin rejimi dövründə kənd sakini olan bir qadına Bakı şəhərindəki xəstəxanaların birində müayinədən keçməsinə dair saxta tibbi arayış verməsi müəyyən edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət