Slimfit
  1. AZƏRBAYCAN

Neftçalada bu günə kimi 10 min 150 ton ət istehsal olunub

Neftçalada bu günə kimi 10 min 150 ton ət istehsal olunub
Sakura

Neftçalada bu günə kimi 10 min 150 ton ət istehsal olunub

Neftçalada kənd təsərrüfatının digər sahələri ilə yanaşı heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən layihələr nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yeniləşir.

Rayon statika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 43 min 492 baş iri buynuzlu mal-qara və 141 min 959 baş qoyun-keçi saxlanılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 5400 baş çoxdur. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət, süd və yun istehsalına da güclü təkan verib.

Cari ilin doqquz ayı ərzində rayonda 10 min 150 ton ət (diri çəkidə), 6 min 928.4 ton süd, 283 ton yun və 7 min 719 ədəd yumurta istehsal edilib ki, bu da ötən ildəkindən xeyli çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR