Dərc edildi: Baxış sayı: 230
Neftçala Rayon Mərkəzi Xəstəxanasına YENİ TƏYİNAT
Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə xəstəxanadan məlumat verilib.
Bildirilib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, 1968-ci il təvəllüdlü Zəminə Adil qızı Abbasova Neftçala Rayon Mərkəzi Xəstəxanasına direktor müavini-baş həkim vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Z. Abbasova bu təyinata qədər xəstəxanada Keyfiyyətə Nəzarətin İdarəedilməsi Komitəsinin rəhbəri vəzifəsində işləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət