Slimfit
  1. İQTİSADİYYAT

Neft və virus manata necə təsir edəcək? – Sabiq nazir

Neft və virus manata necə təsir edəcək? – Sabiq nazir
Sakura

Neft və virus manata necə təsir edəcək? – Sabiq nazir

Dünya bazarında neft qiymətlərinin kəskin azalması və bunun hansı fəsadlar yarada biləcəyi ilə bağlı müxtəlif məlumatlar paylaşılır. Bəli, Azərbaycan dünyanın iqtisadi müstəvisinin bir parçası kimi bu proseslərdən kənarda deyil. Lakin baş verənləri “iqtisadiyyat çökəcək, 2015-ci ildəki kimi kəskin devalvasiyaya məruz qalacaq” kimi təqdim etmək nə qədər doğrudur və bu kimlərə lazımdır? Azərbaycan manatı artıq bir neçə ildir ki, öz sabitliyini qoruyub saxlayır və manatın məzənnəsinin hələ uzun müddət sabit qala bilməsi üçün hökumətin kifayət qədər böyük imkanları var.

Axar.az xəbər verir ki, bu sözləri professor Fikrət Yusifov devalvasiyaya olacağı ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, hazırda narahatlığa səbəb olacaq heç nə yoxdur:

“Bu gün bütün banklarda xarici valyutanın satışı tam sərbəst şəkildə, heç bir məhdudiyyət qoyulmadan, bir dollar üçün 1 manat 70 qəpik kursu ilə həyata keçirilir. Odur ki, ajiotaj yaratmaq lazım deyil. Ölkənin iqtisadi və maliyyə dayanaqlığı milli valyutanın məzənnəsinin sabitliyi üçün kifayət qədər yetərlidir”.

İqtisadçı bildirib ki, koronavirusun yaratdığı gərginlik dünya iqtisadiyyatının silkələnməsinə, maliyyə bazarlarının çökməsinə səbəb olsa da, yaranmış vəziyyətin etiraf edilməyən köklərinin mövcudluğu heç kimdə şübhə doğurmur:

“Son illər dünya iqtisadiyyatına təsir edən amillər daha çox siyasi xarakter almağa başlayıb. Artıq bunun bir həqiqət olduğu heç kimdə şübhə yaratmır. Nəhəng güclər arasında aparılan ticarət müharibələri, neftin qiymətləri ətrafında gedən oyunlar bu sıradan olan hadisələrə aiddir. Ortaya çıxmış bir virusun ətrafında nə baş verir? Bu qədər gərginliyi yaratmaqla dünya iqtisadiyyatının inkişafına, beynəlxalq maliyyə bazarlarının əsaslı şəkildə silkələnməsinə və nəticə etibarilə trilyonlarla dollar itkilərə aparan bu gedişlər kimə lazımdır? Artıq koronavirusa tutulmuş minlərlə insan sağala bilib. Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 650 min insan adi qripdən dünyasını dəyişir. Son bir neçə ayda koronavirusa yoluxanların və ondan ölənlərin sayı isə bu göstərici ilə müqaisəedilməyəcək dərəcədə kiçikdir. Belə olan halda yeni virusun ətrafında bu qədər ajiotajın yaradılması nə qədər doğrudur? Suallar çox olsa da, fakt faktlığında qalır. Koronavirus hələlik öz işini görür. Hesab edirəm ki, dünya birliyi səyləri bir araya gətirib tezliklə bu virusun ram edilməsi yollarını arayıb tapacaq. Bu vəziyyəti bütün hallarda müvəqqəti bir hal kimi dəyərləndirmək ən düzgün seçim olardı”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR