Slimfit
  1. İQTİSADİYYAT

Neft-qaz qazma qurğularının sayı azalıb

Neft-qaz qazma qurğularının sayı azalıb
Sakura

Neft-qaz qazma qurğularının sayı azalıb

Mart ayında dünyada neft-qaz qazma qurğularının sayı 39 ədəd (3 faiz) azalaraq 1 231-dək geriləyib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu barədə nüfuzlu “Baker Hughes” enerji texnologiyaları şirkətinin hesabatında qeyd olunur.

Ötən ilin müvafiq dövrünə nisbətən qurğu sayı 733 ədəd, yəni 37 faiz azalıb.

Şirkətin məlumatına görə, ABŞ-da qurğuların sayı mart ayında 10 ədəd (2,5 faiz) artaraq 408-ə çatdığı halda, Kanadada 63 ədəd (37 faizədək) azalaraq 108-dək geriləyib. Avropada qazma qurğularının sayı 2 ədəd artaraq 100-ə, Yaxın Şərqdə 1 ədəd artaraq 261-ə, Asiya-Pasifik regionunda 9 ədəd artaraq 170-ə, Afrikada 2 ədəd artaraq 59-a çatıb, Latın Amerikasında isə 125 ədəd səviyyəsində qalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR