Slimfit
  1. İQTİSADİYYAT

Necə oldu ki, 1 dollarlıq quzu əti 17,7 dollara qalxdı? - Araşdırma

Necə oldu ki, 1 dollarlıq quzu əti 17,7 dollara qalxdı? - Araşdırma
Sakura

Necə oldu ki, 1 dollarlıq quzu əti 17,7 dollara qalxdı? - Araşdırma

Azərbaycana xaricdən gətirilən bəzi məhsulların invoys qiyməti kəskin yüksəlib. FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev, gömrük əməliyyatları üzrə son 3 illik statistikanı araşdırmalarının nəticəsi olaraq bildirib. İqtisadçının sözlərinə görə, ölkəyə xaricdən gətirilən quzu ətinin qiyməti son iki ildə 17 dəfə artıb və bunu izah etmək üçün tutarlı səbəb yoxdur. İqtisadçı yazır:

«Dövlət Statistika Komitəsi vasitəsilə 2018-ci il üzrə gömrük statistikasının genişləndirilmiş variantı internet vasitəsilə açıqlanıb.

Leqallaşma ilə bağlı təbliğatı nəzərə alaraq 2017 və 2018-ci ili ətraflı müqayisə etməyəi qərara almışam. Xüsusilə idxalın əmtəə və coğrafi strukturu əsasında idxalın natural həcmində, ümumi dəyərində və məhsulun 1 vahidi hesabı ilə idxalın dəyərində dəyişiklikləri izləmək çox önəmlidir.

Faktlara baxırsan, nəyin gerçək olduğunu ayırd etmək çox çətindir.

Bir nümunə deyim: 020410 əmtəə kodu təzə quzu ətinə aiddir.

2016-cı ildə bu kod altında ölkəyə 1 kq ətin idxal dəyəri 1 dollar olub, 2017-ci ildə 14 dollara yüksəlib, 2018-ci ildə artıq 17.7 dollar çatıb. Doğrudur, bu kod altında ölkəyə böyük həcmdə məhsul gəlməyib - 6180 dollar dəyətində 350 kq. Amma məsələ kütlə və dəyərdə deyil - 1 kq idxalın orta dünya bazar və daxili bazar qiymətəri ilə müqayisədə nə dərəcədə real görünməsindədir.

Ən maraqlısı odur ki, biz özümüz də bu kod alıtnda məhsul ixrac etmişik - amma hər kq-ı 6.5 dollara. Eyni məhsulun idxal və ixrac qiyməti arasında az qala 3 dəfə fərq var. Lap idxal dəyərindəki nəql xərclərini nəzərə almasaq belə, fərq 2 dəfədən çoxdur.

Əvvəllər biz idxalın gizlədilməsindən şikayətlənidik. Gerçəkdən də kq-ı 1 dollara quzu əti idxal etmək olmaz - bu çox ucuzdr. Amma kq-ı 17.7 dollara etmək olarmı - bu da çox baha deyilmi? Məsələn, Comtrade-in məlumatına görə quzu ətinin dünyada ən iri ixracatçılarında ixrac qiyməti 5.5-6.5 dollar olub. Nəql xərclərini də nəzərə alsaq, maksimum 7-8 dollardan söhbət gedir.

Nəsə iddia etmək çox çətindir, amma yaranmış vəziyyətin gömrükdə invoys qiymətərini nəzərə almadan "minimum qiymət" tətbiqinin nəticəsi olub-olmadığını aydınlaşdırmaq çox önəmlidir. Bu, ictimai nəzarətin fəallaşdırılmasını tələb edən çox vacib məsələdir. Çünki gömrükdə atılan hər addımın nəticəsi əmtəə bazarlarında özünü göstərir».

Dövlət Gömrük Komitəsindən FED.az-a bildirilib ki, bu məsələ araşdırılacaq və müvafiq izahat veriləcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR