Slimfit
  1. PSİXOLOGİYA

Nə üçün insanlar yuxuda danışırlar?

Nə üçün insanlar yuxuda danışırlar?
Sakura

Nə üçün insanlar yuxuda danışırlar?

Alimlərin fikrincə, planetimizin orta hesabla hər 20 sakinindən biri yuxuda danışır. Yuxuda danışmaqla bağlı tədqiqatçıların apardığı unikal eksperiment bütün həkimləri təəccübləndirib. Tibb işçiləri müşahidələr zamanı insanı yuxuda danışdıracaq başlıca səbəbi aşkar edə biliblər.

Mütəxəssislər müşahidə ediblər ki, insanlar xüsusilə uşaq yaşlarında danışırlar ki, bu da tam normaldır. Lakin yaşlı adamlarda bu cür davranış beyin mexanizminin pozulmasına gətirib çıxara bilər. Zəif və güclü cinsin bəzi nümayəndələri gecə yuxuda aydın danışırlar. Bu, insanın yuxunun dərin fazasında olmamasını göstərir. Aydın olmayan danışıq delta yuxusu zamanı baş verir.

Tibb işçiləri əmindirlər ki, yuxuda danışmaq hansısa patologiyaya aid deyil. Bu hal yayılıb və insan sağlamlığı üçün təhlükə törətmir. Nadir hallarda kişi və qadınlarda epilepsiya kimi fizioloji xəstəlik yarana bilər.

 

Mənbə: Gencaile.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR