Slimfit
  1. MARAQLI

Nə üçün göy qurşağı qövs formasındadır?

Nə üçün göy qurşağı qövs formasındadır?
Sakura

Nə üçün göy qurşağı qövs formasındadır?

İnsan gözü üçün adi olan qövs əslində çoxrəngli əhatənin bir hissəsidir. Bütövlükdə bu təbiət fenomenini ancaq təyyarədən diqqətli olduqda seyr etmək mümkündür.

Göy qurşağının forması barədə ilk araşdırmanı XVII əsrdə fransız filosofu və riyaziyyatçısı Rene Dekart aparıb. Bunun üçün alim su ilə dolu şüşə şardan istifadə etdi ki, bu da günəş şüasını yağış damcısında necə əks olunduğunu təsəvvür etmək imkanı verirdi. Nə üçün gözümüz göy qurşağını vertikal rəng zolağı kimi deyil, məhz qövs şəklində görür? Burada optik sınma qanunu işə düşür, şüa fəzada müəyyən vəziyyətdə olan yağış damcısından keçərək 42 dəfə sınır və insan gözünə dairə formasında görünür. Məhz bu dairənin bir hissəsini biz görürük. Qurşaq dairəsinin rəngarəngliyi yağışın sferik damcılarının günəş şüalarında sınması, onların damcıların səthində əks olunması, həmçinin müxtəlif uzunluqlu dalğalara malik əks olunmuş şüaların difraksiya (diffractus – sınmış) və interferensiyası (inter – qarşılıqlı və ferio – zərbə)  ilə şərtlənir. Beləliklə qurşağın rəngli spektri hər kəsin bildiyi formulaya uyğun (qırmızı, narıncı, yaşıl, mavi, göy, bənövşəyi) olur.

 

Tərcümə: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR