Nə üçün axşam yumurta yemək olmaz?
Yumurta ən tez-tez istifadə olunan sevimli məhsullardan biridir.
Rusiyalı həkim-qastroenteroloq Aleksey Paramonov Komsomolskaya Pravda ilə bu faydalı məhsulun düzgün və sağlam istehlakı ilə bağlı bəzi maraqlı məlumatları paylaşıb.
Belə ki, həkim yumurtanı səhər yeməyi üçün ən yaxşı məhsullardan biri hesab edir. Zülallar, vitamin və minerallarla zəngin olan yumurta insana ona lazım olan güc və gümrahlıq verir, uzun müddət tox saxlayır.
Axşamlar isə xüsusilə də yatmazdan bilavasitə əvvəl yumurta yemək olmaz. Həkim izah edib ki, yumurta reflüksün (qida qalıqlarının mədədən qida borusuna atılması) inkişafına səbəb olan məhsullardan biridir.
İnsan yumurta yeyəndən sonra uzanarsa, reflüksün əmələ gəlməsi riski artacaq. Reflüksün simptomları arasında: qıcqırma, ağızda acı dad. Reflüks, xüsusilə xroniki hal aldıqda təhlükəli pozulma sayılır ki, nəticədə qida borusunun divarları zədələnə bilər, onlarda eroziya və xoralar əmələ gələ bilər.
Mənbə: Saglamolun.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət