Slimfit
  1. MƏDƏNİYYƏT

Nazirlik "Xarqo" barədə filmi təqdim etdi

Nazirlik "Xarqo" barədə filmi təqdim etdi
Sakura

Nazirlik "Xarqo" barədə filmi təqdim etdi

Gənclər və İdman nazirliyi Fransa Müqavimət Hərəkatının “Xarqo” ləqəbli partizanı, Fransa Milli Ordusunun əsgəri Akmed Mişel – Əhmədiyyə Cəbrayılov haqqında filmi təqdim edib. 

Ens.az xəbər verirki,Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, bu film Prezident İlham Əliyevin Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı Sərəncamı əsasında ərsəyə gəlib. 

Nazirlik müvafiq Sərəncamı rəhbər tutaraq və qəhrəmanlıq tarixinin gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan, fransız və rus dillərində Əhmədiyyə Cəbrayılovun keçdiyi döyüş yolunu və həyatını əks etdirən sənədli filmi nümayiş etdirib.

Film əfsanəvi qəhrəmanın yüksək insani keyfiyyətlərini, faşizmə qarşı mübarizəsini, partizan yoldaşlarının onun haqqında fikirlərini, Fransa xalqının onu unutmadığını və digər maraqlı məqamları göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR