Dərc edildi: Baxış sayı: 804
Nazirlikdən rüşvət alan həkimlə bağlı rəsmi açıqlama
Səhiyyə Nazirliyi Qusar Rayon Mərkəzi Xəstəxanasında həkimin vətəndaşdan rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.
Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qusar Rayon Mərkəzi Xəstəxanasında həkimin rüşvət almasına dair məsələ araşdırılıb:
“Həkimə üç manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı şəxslərdir. Pul verən şəxs həkimdən şikayətçi olmayıb. Buna baxmayaraq, daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək”.
Könül Cəfərli
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət