Dərc edildi: Baxış sayı: 575
Linkə daxil olan şəxslərin telefonuna virus proqramı yayılır
""WhatsApp"-da sizə DSMF-ilə bağlı gələn mesajları açmayın, spamdır". Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.
Qeyd edək ki, dünən axşam saatlarında "WhatsApp" sosial şəbəkəsində "1990-cı ildən 2018-ci ilə qədər işləyən işçilər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüquqüna malikdirlər. Adınızın bu müavinəti almaq haqqı olan şəxslərin siyahısında olub-olmadığını yoxlayın" mesajı yayılıb və link əlavə edilib.
Linkə daxil olan şəxlərin telefonuna virus proqramı yayılır və telefonun ana menyusunda bir sıra proqramlara zərər verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət