Dərc edildi: Baxış sayı: 218
Nazirlik: "Şəhid və qazilərin 2 465 övladının təhsil xərcləri dövlət tərəfindən ödənilir"
Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan 2 465 övladının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.
Ens.Az-ın məlumatına görə,bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Həmin şəxslərin bölgüsü aşağıdakı kimidir:
- Ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil) təhsil alan 1863 nəfər
- Orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil alan 577 nəfər
- Peşə təhsili müəssisələrində təhsil alan 25 nəfər
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət