Slimfit
  1. TƏBİƏT

Nazirlik qonur ayının ovlanması ilə bağlı məlumat yayıb: 6 nəfər axtarılır

Nazirlik qonur ayının ovlanması ilə bağlı məlumat yayıb: 6 nəfər axtarılır
Sakura

Nazirlik qonur ayının ovlanması ilə bağlı məlumat yayıb: 6 nəfər axtarılır

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) qonur ayının ovlanması ilə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda bildirilib ki, qonur ayını ovlayan brakonyerlərlə bağlı tədqiqat aparılır.

Məlumata görə, Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Basqal meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib. Dolayın mühafizə yegeri həmin istiqamətə yaxınlaşarkən 6 nəfər tərəfindən qonur ayının ovlandığını müşahidə edib.

Xidməti vəzifəsini yerinə yetirən mühafizə yegeri brakonyerləri saxlamağa çalışsa da, onlar qanuni tələblərə məhəl qoymayaraq ərazidən uzaqlaşıblar. Bu zaman yeger tərəfindən naməlum şəxslərin video görüntüləri çəkilib.

Brakonyerlərin şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib və maddi sübut kimi video görüntülər polis şöbəsinə təqdim olunub.

Adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş Qonur ayını ovlayan şəxslərin kimliyinin müəyyənləşdirilməsi məqsədilə hazırda tədqiqat aparılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR