Mədəniyyət və Turizm Nazirliyi bölgələrdə olan mədəniyyət evi və kənd klublarını satışa çıxarıb
Mədəniyyət və Turizm Nazirliyi bölgələrdə olan mədəniyyət evi və kənd klublarını satışa çıxarıb. Bəzi mədəniyyət evləri satışa işçiləri ilə birgə təqdim edilib.
Kult.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi nazirliyin təqdim etdiyi mədəniyyət evi və kənd klublarının satışı üçün gələn ilin 8 yanvar tarixində xüsusi hərrac keçirəcək. Hərraca ümumilikdə 6 mədəniyyət müəssisəsi təqdim edilib.
Beyləqan rayonundan Yuxarı Aran qəsəbə Mədəniyyət Evi və Şərq qəsəbə Mədəniyyət Evi hərəsi 2 işçi ilə, Milabad qəsəbə Mədəniyyət Evi isə 3 işçi ilə birgə hərracda satılacaq.
Bundan başqa, Yardımlı rayonundan Pirembel, Bürzünbül və Bərcan kənd klubları da satışa çıxarılıb.
Kənd klubları üçün müəyyən edilən ilkin start qiyməti 500 manatla 2500 manat arasında dəyişir.
Ən yüksək qiymətə təqdim edilən Milabad qəsəbə Mədəniyyət Evidir ki, əmlakin ilkin start qiyməti 21.000 manatdan başlayır.
Digər iki mədəniyyət evinin qiyməti isə 20.000 və 16.250 manat arasında dəyişir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət