Slimfit
  1. CƏMİYYƏT

Nazirlik bu sistemə elektron qaydada nəzarət edəcək

Nazirlik bu sistemə elektron qaydada nəzarət edəcək
Sakura

Nazirlik bu sistemə elektron qaydada nəzarət edəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni yaradılan "Məşğulluq" alt sistemi vasitəsilə müəssisələrdə müəyyən kateqoriyalı şəxslərin işə götürülməsi üçün ayrılan kvotaya nəzarəti elektron qaydada həyata keçirəcək.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransında deyib. O bildirib ki, mövcud qanunvericiliyə əsasən, xüsusi qayğıya ehtiyacı olan, xüsusilə əlilliyi olan şəxslərin işə qəbulu kvota əsasında həyata keçirilir:

"Bu kvota müəssisələrdəki iş yerlərinin 5 faizi həcmində müəyyən edilib. Yerli məşğulluq xidməti tərəfindən yerlərdə məşğulluq proqramları həyata keçirilir. Həmin proqramlarda bu kvotaya aid olan müəssisələrin siyahısı müəyyən olunur və kvota əsasında şəxslərin işə qəbulu aparılır. Deyə bilərik ki, bu sahədə işlər aparılır və ciddi problem yoxdur" .

Nazir müavini onu da qeyd edib ki, həm "Məşğulluq" haqqında Qanunda, həm də ƏƏSMN-nin "Məşğulluq" Alt sistemində işəgötürənlər üçün ona təklif olunan namizədlərin məcburi qaydada işə qəbul olunması ilə bağlı heç bir mexanizm yaradılmayıb:

 

"Söhbət ondan gedir ki, istənilən işaxtaran şəxslə bağlı məlumat işəgötürənlərin şəxsi kabinetinə göndərilir. İşəgötürən namizədi bəyəndiyi təqdirdə göndərişi təsdiq edir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR