Slimfit
  1. CƏMİYYƏT

Nazirlik 647 meşəbəyini işdən çıxardıb

Nazirlik 647 meşəbəyini işdən çıxardıb
Sakura

Nazirlik 647 meşəbəyini işdən çıxardıb

“Araşdırmalarımız göstərir ki, meşədə ağacların qırılmasında bəzən öz gözətçilərimiz də digər şəxslərlə əlbir olurlar. Yaxud da onların səriştəsizliyi səbəbindən bu cür hallar baş verir”.

Ens.az Modern.Az-a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi "Facebook" səhifəsində "Ekspert saatı" adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, 2019 və 2020-ci ilin 7 ayı ərzində 647 meşə gözətçisi işdən çıxarılıb. Onların əvəzinə yeniləri təyin olunub. Bununla bağlı çox ciddi iş aparılır: "Ölkədə il ərzində 64 min kubmetr odun tədarükünə ehtiyacı var. Burada söhbət Təhsil Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və ucqar regionlarda yaşayan əhalinin tədarükündən gedir. Azərbaycan bu sahədə çox böyük irəli addım atıb. Artıq ölkəmizin 96 %-ı qazlaşdırılıb. Bununla belə digər qazlaşmayan ucqar kəndlərin, dediyimiz müvafiq qurumların təchizatı üçün odun tədarükü vacibdir. Bu prosesdə həm odun, həm də içlik materiallar əldə edilir. Onların da bir sıra müəssisələrə satışı həyata keçirilir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR