Nazirlər Kabinetindən hərbi qulluqçularla bağlı - Qərar
Nazirlər Kabineti “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda dəyişiklik edib.
FED.az qüvvədə olan Qaydaya əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir.
Dəyişikliyə əsasən büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyinə (pul təminatı) daxil edilməyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət