Slimfit
  1. SİYASƏT

Nazirlər Kabineti universitetlərin “sərbəst iş” üçün mövcud olan tələblərini ləğv edib

Nazirlər Kabineti universitetlərin “sərbəst iş” üçün mövcud olan tələblərini ləğv edib
Sakura

Nazirlər Kabineti universitetlərin “sərbəst iş” üçün mövcud olan tələblərini ləğv edib

Nazirlər Kabineti Azərbaycan universitetlərinin bakalavriat səviyyəsində “sərbəst iş” üçün mövcud olan tələbləri ləğv edib.

Oxu.Az xəbər verir ki, qaydalara əsasən, kredit sistemi ilə tədrisin təşkilində tələbənin sərbəst işi mühüm əhəmiyyət kəsb etməklə, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Müəllimin rəhbərliyi ilə aparılan sərbəst iş cari məsləhətlər, referat və ev tapşırıqlarının yoxlanılmasından, eləcə də fənnin mənimsənilməsinə dair tapşırıq və tövsiyələrin verilməsindən ibarətdir.

Qaydalara görə, indiyə qədər tələbənin sərbəst işinə ayrılan vaxtın həcmi fənnin mənimsənilməsinə ayrılan ümumi vaxtın 50 faizindən az olmamalı, müəllimin rəhbərliyi ilə yerinə yetirilən sərbəst işin həcmi sərbəst iş üçün ayrılmış vaxtın 50 faizini təşkil etməli idi.

Qeyd edək ki, tələbələrin sərbəst işlərinin təşkili Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla tənzimlənirdi. Dəyişikliyə əsasən, tələbənin sərbəst işinə dair bu tələblər ləğv edilib.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR