Slimfit
  1. AZƏRBAYCAN

Nazir şagird ölümünə görə daha bir direktoru işdən qovdu

Nazir şagird ölümünə görə daha bir direktoru işdən qovdu
Sakura

Nazir şagird ölümünə görə daha bir direktoru işdən qovdu

Bakıda şagirdin ölümünə görə məktəb direktoru işdən çıxarılıb, müavininə isə şiddətli töhmət verilib.

Təhsil Nazirliyindən Axar.az-a bildirilib ki, nazirliyin xüsusi komissiyası tərəfindən aparılmış daxili araşdırmanın nəticəsi olaraq əmək müqaviləsində nəzərdə tutulmuş vəzifə funksiyalarını lazımi səviyyədə icra etmədiyinə görə təhsil naziri Ceyhun Bayramovun əmri ilə Bakı şəhəri 123 nömrəli tam orta məktəbin direktoru Vəli Hüseynli tutduğu vəzifədən azad ediib, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Cəlilovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Xatırladaq ki, bu il fevralın 21-də, təxminən, saat 12:00 radələrində 123 saylı orta məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğluna sinif yoldaşları xəsarət yetirib. Şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Martın 15-də şagird vəfat edib.

Hadisə ilə bağlı məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR