Slimfit
  1. AZƏRBAYCAN

Nazir: 'Qida məhsullarına nəzarətin effektiv və normalara uyğun aparılması üçün müvafiq tədbirlər həyata keçirilir'

Nazir: 'Qida məhsullarına nəzarətin effektiv və normalara uyğun aparılması üçün müvafiq tədbirlər həyata keçirilir'
Sakura

Nazir: 'Qida məhsullarına nəzarətin effektiv və normalara uyğun aparılması üçün müvafiq tədbirlər həyata…

"Dayanıqlı inkişaf mərhələsinə nail olmaq üçün qida təhlükəsizliyinin bütün mərhələləri üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi zəruridir".

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün ərzaq təhlükəsizliyinin ən vacib hissəsi təhlükəsiz qida təşkilidir: "Çünki bu gün təkcə ərzağın kəmiyyəti deyil, onun sağlamlığı ərzaq təhlükəsizliyinin əsas vəzifələrindən biridir".

İ.Kərimov qeyd edib ki, qida təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi sosial və iqtisadi inkişaf baxımından əhəmiyyət kəsb etdiyindən ölkədə son illər sistemli şəkildə aparılan islahatlar iki mühüm məqsəd daşıyır: "Birincisi, cəmiyyətin rifahının yüksəldilməsi ilə bağlı dövlət siyasətinə uyğun olaraq əhalinin sağlam qidalanmasının təmin və təşviq edilməsi dövlətin ümdə vəzifələrindən biridir.

İkincisi, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi hesabına həm də ölkədə kənd təsərrüfatı və ərzaq sənayesi məhsullarının keyfiyyət göstəriciləri yüksələrək rəqabətqabiliyyətlilik təmin edilir".

O bildirib ki, nazirlik ölkədə qida təhlükəsizliyi baxımından maraqlıdır: "Fermerlərin istehsal etdikləri məhsulların müvafiq keyfiyyət standartlarına uyğunlaşdırımasının təmin edilməsi, onların daxili və xarici bazarlarda daha rəqabət qabiliyyətli olmaları hazırda aqrar sahənin əsas inkişaf məqsədlərindən biridir. Qida zəncirinin ilkin istehsal mərhələsi olaraq müvafiq nəzarətin effektiv və tələb olunan normalara uyğun aparılması üçün hazırda müvafiq tədbirlər həyata keçirilir".

Nazir vurğulayıb ki, təhlükəsiz və sağlam qidanın əldə olunmasında innovativ texnologiyaları tətbiqinə xüsusi önəm verilməlidir: "Dövlət və özəl əməkdaşlıq əsasında qurulmalı olan sistem təkcə dövləti deyil, biznes dairələri və fermerlərin üzərinə böyük öhdəliklər qoyur".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR