Dərc edildi: Baxış sayı: 512
Nazir: 'Qarabağdakı abidələrin dağıdılmasının qarşısının alınması üçün UNESKO ilə danışıqlar aparırıq'
"Uzun illərdir Dağlıq Qarabağdakı abidələr ermənilər tərəfindən dağıdılır. Bu, yolverilməzdir".
"Report"un xəbərinə görə, bunu Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, bu məsələ bütün beynəlxalq tədbirlərdə qaldırılır: "Oraya daxil olub nəzarət edə bilmədiyimizə görə belə hallar baş verir. Azərbaycan hökuməti bu istiqamətdə UNESKO ilə danışıqlar aparır. Biz bu işə beynəlxalq ictimaiyyətin qoşulmasını arzu edirik".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət