Slimfit
  1. AZƏRBAYCAN

Nazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”

Nazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”
Sakura

“İndi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni, pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində…

Bu sözləri Modern.az-a eksklüziv açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

 

Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır:

“Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğuna görə, 65 yaşda  pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də bu, normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur.

Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”. 


Xatırladaq ki, ötən gün Milli Məclisdəki büdcə müzakirləri zamanı pensiya yaşı ciddi müzakirə mövzusu olmuşdu. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR