Slimfit
  1. AZƏRBAYCAN

Nazir: Paris görüşündən sonra bildirdilər ki, xalqlar sülhə hazırlanmalıdır

Nazir: Paris görüşündən sonra bildirdilər ki, xalqlar sülhə hazırlanmalıdır
Sakura

Nazir: Paris görüşündən sonra bildirdilər ki, xalqlar sülhə hazırlanmalıdır

Ermənistan tərəfinin son bəyanatları sülhə nail olmağa xidmət etmir.

Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ilə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu bəyanatlar xoşagələn deyil və pozitiv mühiti öldürür:

“Paris görüşündən sonra həmsədrlər pozitiv bəyanatla çıxış etdilər. Bildirdilər ki, xalqlar sülhə hazırlanmalıdır. Amma erməni tərəfinin bəyanatları buna inanmağa imkan vermir. Bununla bağlı özümüz də təhlillər aparmalıyıq”.

“Ona görə ATƏT sədrindən xahiş etdim ki, Yerevanda olarkən erməni tərəfindən soruşsun ki, biz milləti sülhə, yoxsa başqa istiqamətə hazırlayaq”, - deyə nazir qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR