Slimfit
  1. CƏMİYYƏT

Nazir müavinindən irad: Müəllimlər şagirdlərin beynini lazımsız məzmunla doldurmağa çalışırlar

Nazir müavinindən irad: Müəllimlər şagirdlərin beynini lazımsız məzmunla doldurmağa çalışırlar
Sakura

Nazir müavinindən irad: Müəllimlər şagirdlərin beynini lazımsız məzmunla doldurmağa çalışırlar

Həqiqətən bu gün biz informasiya bolluğu olan dövrdə yaşayırıq. Təəssüf ki, yanlış informasiyalar da ən çox gənclərə zərər vurur. Amma digər tərəfdən də müəllimlər bu informasiya bolluğu olan şəraitdə şagirdlərin beynini heç bir əhəmiyyəti olmayan, gələcəkdə onların əmək fəaliyyətinə, dünyagörüşünə təsir etməyən lazımsız məzmunla doldurmağa çalışırlar.

Trend-in məlumatına görə, bunu "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, məktəbdə müəllimlər texnologiyanı, musiqini, təsviri incəsənəti şagirdlərə əzbərlədirlər. Onun əsasında da şagirdlərə summativ qiymətləndirmə yazırlar:

"Əlbəttə, şagird nəzəri biliklərə yiyələnməlidir. Amma bu zaman şagirdlərin maraqları, ehtiyacları çox ciddi şəkildə təhlil edilməlidir. Bu baxımdan təmayülləşmə uşaqların dərs yükünü azaldır və onların gələcəkdə seçəcəkləri ixtisasa uyğun istiqamətlənməsini təmin edir. Buna baxmayaraq, biz şagirdlərin hələ də tam orta təhsil səviyyəsində təmayül siniflərdə təhsil almasına şüurlu yanaşmasına nail ola bilməmişik".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR