Slimfit
  1. AZƏRBAYCAN

Nazir müavini: "Meşələrin çəpərlənməsi daimi olmayacaq"

Nazir müavini: "Meşələrin çəpərlənməsi daimi olmayacaq"
Sakura

Nazir müavini: "Meşələrin çəpərlənməsi daimi olmayacaq"

"Meşələrin çəpərlənməsi daimi olmayacaq".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, meşələrdə təbii bərpa prosesi baş verdikdən sonra meşələrdəki çəpərlər sökülür və həmin çəpərlərdən başqa ərazilərdə istifadə olunur: "Belə bir təcrübə Qırğız Respublikasında da var. Bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır. Bu halların qarşısının alınması üçün meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar".

F.Əliyev xaricdən ting gətirən iş adamlarına da müraciət edərək bildirib ki, Azərbaycanda meşələrin çəpərlənməsi yalnız o zaman olacaq ki, oraya kənar müdaxilələr olsun.

O həmçinin əlavə edib ki, ETSN-in kifayət qədər yerli şəraitə uyğunlaşdırılmış tingləri var. Buna görə də xaricdən tinglərin gətirilməsinə ehtiyac yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR