Nazir müavini: 'Məhkəmələrin 60 faizindən çoxu Elektron-Məhkəmə sisisteminə qoşulub'
"Məlum olduğu kimi, bu ayın əvvəlində Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmanda məhkəmələrin bundan sonrakı inkişafını təmin edəcək bir çox qanunvericilik, inustutusional və praktik xarakterli tövsiyələr verilmişdi. Bu tövsiyə və tapşırıqların içərisində Azərbaycanda ədalət mühakiməsinin rəqəmsallaşdırılması işinin daha da genişləndirilməsi, bütövlükdə bu prosesin daha da təkmilləşdirilməsi barədə tapşırıq da var idi. Əslində, bu tapşırıq 2014-cü ildə Prezident İlham Əliyevin Azərbaycanda Elektron-Məhkəmə sisteminin yaradılması barədə sərəncamının davamıdır. Ötən müddət ərzində xeyli işlər görülüb. Artıq Elektron-Məhkəmə sistemi fəaliyyətdədir. Bu gün məhkəmələrin təxminən 60 faizindən çoxu və qərarların icra edən qurumların da xeyli hissəsi bu sistemə qoşulubdur".
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
A.Cəfərov qarşıda duran mühüm vəzifələr barədə də danışıb: "Bu vəzifələrdən biri də vətəndaşlarımızı bu sistemin imkanları barədə daha ətraflı tanış etmək, onlara bu sistemdən yararlanma vərdişlərini aşılamaqdır. Hesab edirik ki, vətəndaş cəmiyyəti və KİV nümayəndələri bu işdə yardımçı ola bilərlər".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət