Nazir müavini: “Himayədar ailəyə uşaqlara görə müavinətlər veriləcək
“Himayədar ailəyə götürdükləri uşaqlar üçün veriləcək aylıq və birdəfəlik müavinətlər təyin ediləcək”.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, müavinətlərə ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu və uşaqların sağlamlıq vəziyyətindən, yaşından, sayından asılı olaraq müəyyən edilmiş əlavə stimullaşdırıcı məbləğlər daxildir.
Komitə sədri Musa Quliyev isə bildirib ki, müavinətlərin məbləğinin nə qədər olacağı ilə bağlı suallar var:
“Müavinətlərin məbləği mövcud övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlara verilən müavinətlərin məbləğindən az olmayacaq. Hətta həmin müavinətlərin məbləğindən çox olacaq. Ümumiyyətlə, himayədar ailə modeli ilə bağlı iki müavinət növü təsis edilir. Biri aylıq, digəri mövsümi geyimlə təminat üçün veriləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət