Slimfit
  1. AZƏRBAYCAN

Nazir müavini: "Azərbaycan əhalisinin 10 milyon nəfərə çatması tarixi hadisəsi ilə bağlı yeni aksiyaya başlamışıq"

Nazir müavini: "Azərbaycan əhalisinin 10 milyon nəfərə çatması tarixi hadisəsi ilə bağlı yeni aksiyaya başlamışıq"
Sakura

Nazir müavini: "Azərbaycan əhalisinin 10 milyon nəfərə çatması tarixi hadisəsi ilə bağlı yeni aksiyaya…

"Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması tarixi hadisədir. Bu münasibətlə nazirliyin kollektivi adından ilk öncə cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, bütün Azərbaycan xalqını təbrik edirik. Mən ixtisasca coğrafiyaşünasam, bu barədə eşidən kimi dərhal statistik araşdırma apardım. Dünyada 250-yə yaxın ölkə var. Azərbaycan 10 milyonuncu sakini ilə bu siyahıda 88-ci yerdə qərarlaşıb".

Bu sözləri "Report"a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

F.Əliyev bildirib ki, nazirlik bu tarixi hadisə ilə bağlı ölkəyə öz töhfəsini verir: "Biz ölkə rəhbərliyinin tapşırığı ilə bu tarixi hadisəyə öz töhfəmizi kütləvi ağacəkmə aksiyası ilə veririk. Azərbaycanda, ölkəmizin hər bir guşəsində ağacəkmə kampaniyasına başlayıb. İstər meşə fondu, istərsə də qeyri-meşə fondu torpaqlarında rayon icra hakimiyyətləri, təhsil və səhiyyə ocaqları, ictimaiyyət nümayəndələri, bir söz hamılıqla aksiyaya başlamışıq. Onu da qeyd edim ki, əkilən ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik sahələrində yetişdirdiyi və yerli şəraitə uyğun olan ağaclardır.

Xalqımızın gələcək sağlamlığı naminə çox ağac əkirik ki, insanlarımız və ətraf mühitimiz sağlam olsun. Təbiətin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi bütövlükdə gələcək nəsillərin sağlamlığına xidmət edir".

F.Əliyev vurğulayıb ki, hər bir ölkənin qarşısında dayanan prioritet vəzifələrdən biri də onun vətəndaşlarının sağlam olmasıdır: "Təbii ki, vətəndaşlar nə qədər sağlamdırsa, dövlət də, ölkə də o qədər sağlam, əzəmətli, möhtəşəm olur. Bu nöqteyi-nəzərdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhatə etdiyi sahələrdə yaxşı mənada köklü dəyişikliklərə nail olmağa çalışır. Nazirlik 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsi münasibətilə sabah Ağdaş rayonunda 100 hektardan artıq ərazidə yüksək keyfiyyətli nar bağı salacaq".

Nazir müavini bildirib ki, ağacəkmə aksiyaları bir neçə gün paytaxtda və eləcə də regionlarda davam edəcək: "Hazırda yaz əkini mövsümüdür. Bu kampaniyalar müxtəlif şüarlar altında davam edir.

7 aprel Ümumdünya Sağlamlıq Günüdür. Nə yaxşı ki, bizim Azərbaycanın 10 milyonuncu vətəndaşı olan bu körpə belə əlamətdar gün ərəfəsində dünyaya gəldi. Biz sabah Veloparkda "Az avtomobil - çox həyat" devizi altında yürüş keçirəcəyik".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bu tədbirlər vətəndaşların sağlamlığı naminə həyata keçirilən tədbirlərlərdəndir: "Biz də bu cur tədbirlərlə vətəndaşlarımızın sağlamlığına öz töhfəmizi verməyə çalışırıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR