Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Nazir müavini: 17 rayonda 60 xüsusi istedad sinfi yaradılıb

Nazir müavini: 17 rayonda 60 xüsusi istedad sinfi yaradılıb
Sakura

Nazir müavini: 17 rayonda 60 xüsusi istedad sinfi yaradılıb

Bu gün IV Respublika fənn müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illərdə təhsil sisteminin yenidən qurulması və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması uğurla həyata keçirilir.

Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmunu müasir tələblərə uyğunlaşdırılıb.

M.Vəliyeva qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya”sına əsasən, ölkədə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların akademik potensiallarının dəyərləndirilib inkişaf etdirilməsi istiqamətində bir sıra işlər görülür:

 

"Artıq 5 ildir ki, Azərbaycanda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Ölkənin 17 rayonunda 60 xüsusi istedad sinfi yaradılıb".

Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib. Tədbirdə həmçinin nailiyyətləri ilə seçilən 13 ümumi təhsil müəssisəsinin rəhbərliyi də təltif olunub.

Qeyd edək ki, IV Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqələrin rayon (şəhər) mərhələsində 15232, final mərhələsində isə 1363 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 169 nəfər qalib elan olunub. Onlardan 30 nəfər qızıl, 56 nəfər gümüş, 83 nəfər isə bürünc medal qazanıb.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR