Nazir İsmayıllıya, müavinləri Şəkiyə getdi
Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul edib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, nazir Muxtar Babayev İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Oğuz, Rauf Hacıyev isə Şəki şəhərindən olan vətəndaşlarla görüşüb.
Qəbullar zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət