Slimfit
  1. DÜNYA

Nazir Hulusi Akar: Türkiyə dialoq tərəfdarıdır və bu istiqamətdə səyləri dəstəkləyir

Nazir Hulusi Akar: Türkiyə dialoq tərəfdarıdır və bu istiqamətdə səyləri dəstəkləyir
Sakura

Nazir Hulusi Akar: Türkiyə dialoq tərəfdarıdır və bu istiqamətdə səyləri dəstəkləyir

Yunanıstan 18 adada qanunsuz silahlandırma aparıb. Bu hal gərginliyi daha da artırır, dialoq imkanlarına zərər gətirir.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Aralıq dənizindəki vəziyyəti dəyərləndirərkən ifadə edib. Türkiyənin dialoq tərəfdarı olduğunu və siyasi həll üçün səyləri dəstəklədiyini diqqətə çatdıran nazir deyib: “Bizim anlayışımıza görə, gərginlik yaratmaq, təhrik etmək və təxribatların heç kimsəyə, xüsusilə də Yunanıstana faydası yoxdur”.

“Oruç Rəis” kəşfiyyat-axtarış gəmisinin qrafikə uyğun olaraq hərəkətdə olacağını xatırladan nazir qətiyyətlə bildirib ki, Türkiyə Şərqi Aralıq dənizindəki maraq və mənafelərindən geri çəkilməyəcək.

Qeyd edək ki, nazir Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin komandan heyəti Kaş adasına səfər edib. Nazir Kaşda canlı yayınla Anadolu agentliyinin suallarını cavablandırıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR