Dərc edildi: Baxış sayı: 405
Nazir: 'G20 sammitində əsas mövzu davamlı və təmiz energetika olacaq'
"Gələn il Səudiyyə Ərəbistanı G20 sammitinə ev sahibliyi edəcək. Gündəlikdəki əsas mövzularından biri enerjiyə çıxış, eləcə də davamlı və təmiz energetika olacaq".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salman "Future Investment Initiative" beynəlxalq investisiya forumunda çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu, qlobal inkişaf hədəflərinin əldə olunmasına töhfə verməyə imkan yaradacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2020-ci ildə G20-yə sədrlik edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət