Slimfit
  1. DÜNYA

Nazir Fidan amerikalı həmkarı Blinkenlə danışıb

Nazir Fidan amerikalı həmkarı Blinkenlə danışıb
Sakura

Nazir Fidan amerikalı həmkarı Blinkenlə danışıb

Xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında keçirilən danışıqda İranın İsrailə qarşı cavab hücumundan sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib.

Nazir Fidan vurğulayıb ki, biz regionda böhranın genişlənməsi və yayılması ehtimalından narahatıq. O, Türkiyənin Qəzzada böhran başlayandan bəri regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyinə diqqət çəkib.

Problemin kökündə Qəzzada müharibənin dayandığını bildirən xarici işlər naziri Fidan təcili olaraq atəşkəs elan edilməli və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılması lazım olduğunu, əks halda böhranın böyüməyə davam edəcəyini xatırladıb. Türkiyəli nazir bəyan edib ki, gərginliyin artmasının qarşısını almaq üçün, başda ABŞ olmaqla, İsrailə təsiri olan ölkələr indi Təl-Əvivə ən doğru mesajları verməlidir.

Türkiyənin Yaxın Şərqdə gərginliyi azaltmaq üçün göstərdiyi səylərə görə xarici işlər naziri Fidana təşəkkür edən Blinken ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyini vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR