Slimfit
  1. SİYASƏT

Nazir Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi dəstəyə görə Kolumbiyaya təşəkkür edib

Nazir Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi dəstəyə görə Kolumbiyaya təşəkkür edib
Sakura

Nazir Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi dəstəyə görə Kolumbiyaya təşəkkür edib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Kolumbiyanın Xarici İşlər naziri Claudia Blum iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, nazir E. Məmmədyarov məktubda Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Claudia Blumu təbrik edib.

E. Məmmədyarov ötən 25 il ərzində dostluq və əməkdaşlıq əsasında qurulan münasibətlərin Azərbaycan ilə Kolumbiya arasında gələcək davamlı inkişafın əsasını təşkil etdiyini bildirib.

Daha sonra E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həlli istiqamətində Kolumbiyanın Azərbaycana göstərdiyi qətiyyətli dəstəyə görə təşəkkür edib.

Bu xüsusda, Kolumbiya Senatı tərəfindən 2018-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində qeyd olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarında dərhal və qeyd-şərtsiz çıxarılmasını əks etdirən qətnamənin qəbul olunmasını xüsusi vurğulanıb. Nazir, beynəlxalq ictimaiyyətin birgə mövqeyi nəticəsində münaqişənin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib.

Sonda, E. Məmmədyarov Azərbaycanın Kolumbiya ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunub. Ortaq dəyərlər və qarşılıqlı maraq əsasında, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və Sakit Okean İttifaqında fəaliyyəti çərçivəsində mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı naminə birgə səylərin əsirgənməyəcəyindən əmin olduğunu qeyd edib.

Kolumbiyanın Xarici İşlər naziri E. Məmmədyarova ünvanladığı məktubda 13 dekabr tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrikini çatdırıb.

Məktubda Azərbaycan-Kolumbiya arasında siyasi məsləhətləşmələrə toxunuldu və Kolumbiyanın Azərbaycana birinci səfirinin təyin edilməsi ilə bağlı qərarı xüsusi qeyd olunub.

Bununla yanaşı, Azərbaycan və Kolumbiyanın beynəlxalq xarakterli vacib məsələlərdə eyni mövqedən çıxış etməsi, təhlükəsizlik, sabitlik və firavanlıq naminə birgə mübarizəsi, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı qeyd olunub.

Daha sonra Claudia Blum məktubunda əməkdaşlıq, iqtisadi əlaqələrin dərinləşdirilməsi və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi naminə birgə gələcək səylərin göstərilməsində maraqlı olduğunu bir daha diqqətə çatdırıb.

Azərbaycan ilə Kolumbiya arasında diplomatik əlaqələr 13 dekabr 1994-cü ildə qurulub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR