Nazir: 'Azərbaycanın bütün mədəniyyət ocaqları bu ilin çox dəyərli keçirilməsinə töhfə veriblər'
"Sözsüz ki, bütün mədəniyyət ocaqları cənab Prezidentin 2019-cu ili ''Nəsimi ili'' elan etməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə ciddi məşğul olub və çox dəyərli ilin keçirilməsinə töhfə veriblər".
''Report'' xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu il mədəniyyət sahəsi üçün çox işgüzar il olub:
''Bilirsiniz ki, 2019-cu il cənab Prezidentin müvafiq sərəncamı ilə ''Nəsimi ili'' elan olundu. Bu da özlüyündə mədəniyyət ili deməkdir. Çünki Nəsiminin yaradıcılığı dil, ədəbiyyat və fəlsəfə ilə bağlıdır. Bildiyimiz kimi prezidentin sərəncamı ilə mədəniyyət sahəsində islahatların aparılması tapşırılmışdı. Müəssisələrimiz tərəfindən dəyərli töhfələr irəli sürüldü. Bu töhfələrin sırasında gələcək işlərimizin qurulması, həm maddi bazanın yaradılması, həm də yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər irəli sürülüb. Hesab edirəm ki, bu il baş verən yeniliklər sırasında mədəniyyət səhəsində deyil, ümumiyyətlə, yaradıcı mühitin formalaşmasına müraciət olunmasıdır. Bu işə dövlət səviyyəsində müxtəlif qurumlar qoşulub. İnanırıq ki, növbəti illərdə yaradıcı sənayenin formalaşdırılması bizim üçün prioritet istiqamət olacaq və dövlət əhəmiyyətli proqrama çeviriləcək''.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət