Dərc edildi: Baxış sayı: 435
Nazir: "Azərbaycanda sosial müavinətlər elektron qaydada təyin olunacaq"
"Sosial müavinətlərin elektronlaşdırılması istiqamətində iş aparılır".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2019-cu il ərzində bu sahədə elektronlaşdırmanı yekunlaşdırmağı nəzərdə tuturlar: "Məqsədimiz elektron sosial müavinət təyinatına keçməkdir. Burada ən vacib məqam bu gün sosial müavinət alan 500 min şəxsin, eyni zamanda ildə orta hesabla sosial müavinət sisteminə gedəcək 10-15 min şəxsin məlumatlarının inventarlaşdırılmasıdır. Düşünürük ki, cari il ərzində bunu başa çatdıracağıq".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət