Slimfit
  1. AZƏRBAYCAN

Nazir Azərbaycanda koronavirusa qarşı görülən tədbirlərdən danışdı

Nazir Azərbaycanda koronavirusa qarşı görülən tədbirlərdən danışdı
Sakura

Nazir Azərbaycanda koronavirusa qarşı görülən tədbirlərdən danışdı

“Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə şəhərlərarası, rayonlararası nəqliyyatın fəaliyyəti tam dayandırılıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanın sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələr arasında keçirilən videokonfransda pandemiya ilə bağlı görülən tədbirlərin müzakirəsi zamanı məlumat verib.

O bildirib ki, Azərbaycan ərazisində koronavirusun yayılmasının qarşısını almaq məqsədilə hər sahə üzrə beynəlxalq təcrübəyə əsaslanan tədbirlər görülür:

“Ölkənin bütün sərhədləri sərnişin daşımalarına bağlanıb. Xarici ölkələrdə olan 15 mindən artıq vətəndaşımız çarter təyyarə reysləri ilə ölkəyə gətirilib. Ölkədə şəhərlərarası, rayonlararası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR