Slimfit
  1. CƏMİYYƏT

Nazir: “Azad edilən ərazilərdə milyonlarla ağac əkiləcək”

Nazir: “Azad edilən ərazilərdə milyonlarla ağac əkiləcək”
Sakura

Nazir: “Azad edilən ərazilərdə milyonlarla ağac əkiləcək”

“Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Karabakh.Center” internet resursunun yaradılması çox əhəmiyyətlidir. Qarabağda baş verənlərin, təbiətə amansız münasibətin dünya ictimaiyyətinə çatdırılmasında önəmli addımdır”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qarabağ Dirçəliş Fondunun bu gün keçirilən tədbirində deyib. 

O bildirib ki, işğaldan azad edilən ərazidə təbiətin bərpası üçün addımlar atılacaq:

“Bu ərazilərdə nadir bitkilər, eləcə də ölkəmizin mineral su ehtiyatlarının 40 faizi yerləşir. Qarabağda müasir texnologiyaların tətbiqi ilə yaşıl enerji zolağı yaradılacaq. İşğaldan azad edilən ərazilərdə milyonlarla ağacın əkilməsi və meşələrin bərpası nəzərdə tutulub”. 

O bildirib ki, artıq “Qırmızı kitab”ın 3-cü nəşrinin də hazırlanmasına başlanılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR