Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyətlərinin xeyli genişləndirilməsi ilə ölkənin Təhlükəsizlik…
Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyətlərinin xeyli genişləndirilməsi ilə ölkənin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ əldə edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə qanun “Qazaxıstan həqiqəti” rəsmi qəzetində dərc edilib və qüvvəyə minib.
"Tarixi missiyanın rəhbəri kimi Təhlükəsizlik Şurasına rəhbərlik hüququ Qazaxıstan Respublikasının birinci prezidentinə - Elbaşına (millətin lideri - Nazarbayevə) ömürlük məxsusdur", - qanunda qeyd edilib.
Sənəd daha əvvəl parlament tərəfindən bəyənilib və iyulun 5-də prezident tərəfindən imzalanıb. Konstitusiya Şurası qanunun konstitusiyaya uyğunluğunu tanıyıb.
Ədliyyə naziri Marat Beketayev fevralda bildirmişdi ki, Nazarbayevə belə bir hüququn verilməsi konstitusiya islahatına əsaslanır və sabitliyin möhkəmləndirilməsi amilidir.
Mənbə: Publika.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət