Dərc edildi: Baxış sayı: 326
Nazarbayev əməkhaqlarını artırdı
Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2019-cu il yanvarın 1-dən ölkədə minumum əməkhaqqının 1,5 dəfə - 28 min tenqedən (75 ABŞ dollarından - red.) 42 min tengeyə (114 dollar) qaldırılması ilə bağlı hökumətə tapşırıq verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Nazarbayevin Qazaxıstan xalqına illik müraciətində məlumat verilib.
Qeyd edilib ki, minimum əməkhaqqının artırılması 1,3 milyon insana təsir edəcək. Bundan başqa, bu, büdcədən maliyyələşən 275 min işçiyə aid olacaq. Onların əməkhaqları orta hesabla 35 faiz artacaq.
Bunun üçün 2019-2020-ci illərdə dövlət büdcəsindən hər il 96 milyard tenqe (261 milyon dollar) ayrılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət