Slimfit
  1. AZƏRBAYCAN

NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub

NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
Sakura

Almatıda Qazaxıstan Respublikasının İctimai İnkişaf Nazirliyinin təşkil etdiyi MDB dövlətlərinin Gənclər…

Almatıda Qazaxıstan Respublikasının İctimai İnkişaf Nazirliyinin təşkil etdiyi MDB dövlətlərinin Gənclər Forumu keçirilib.

Forumun məqsədi MDB ölkələrinin gənc liderləri arasında mədəniyyətlərarası dialoqun formalaşmasını təmin etmək və gənclər təşkilatları arasında əməkdaşlıq yaratmaqdır. Bundan başqa, tədbir zamanı iştirakçılar üçün müzakirə platformunun yaradılması da əsas amillərdən biri idi. Tədbirdə turizmin inkişafı, sağlam həyat tərzi, könüllülük və sosial layihələr barədə müzakirələr aparılıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (NAYORA) AZƏRTAC-a bildiriblər ki, 7 dövlətin gənc nümayəndələrinin qatıldığı forumda Azərbaycan da təmsil olunub. NAYORA-nın sədri Məryəm Məcidova açılış mərasimində çıxış edib, atılacaq növbəti addımlar barədə MDB ölkələrinin Milli Gənclər Şuraları ilə görüş keçirib.

Qeyd edək ki, MDB ölkələrinin Gənclərlə iş üzrə Şurası 2005-ci ildə fəaliyyətə başlayıb. Şuranın əsas iş prinsipi dövlət və ictimai birliklərin qarşılıqlı dialoqunun inkişafı, gənclər siyasətinə dəstək, gənclərin problemləri sahəsində ikitərəfli və çoxtərəfli layihələrin reallaşdırıması və kadrların birgə inkişaf etdirilməsindən ibarətdir.

MDB dövlətlərinin növbəti Gənclər Forumunda aparılan geniş müzakirələrdə gənclər təşkilatlarının 100-dən çox nümayəndəsi iştirak edib. Konfrans dövlət rəsmiləri, KİV- nümayəndələri, gənclərlə iş üzrə mütəxəssislər, gənc sahikarlar və könüllülərin iştirakı ilə keçirilib. Tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Ermənistandan olan yaradıcı gənclərdən ibarət heyətlər də qatılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR