Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvanda müsabiqədə müvəffəqiyyət qazanan 45 müəllim işlə təmin olunub

Naxçıvanda müsabiqədə müvəffəqiyyət qazanan 45 müəllim işlə təmin olunub
Sakura

Naxçıvanda müsabiqədə müvəffəqiyyət qazanan 45 müəllim işlə təmin olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən avqustun 24-dən sentyabrın 12-dək keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Təhsil Nazirliyində keçirilən görüşdə çıxış edən nazir Rəhman Məmmədov gənclərin ictimai-siyasi həyatdakı mühüm rolundan, onlara göstərilən yüksək dövlət qayğısından danışıb.

Nazir qeyd edib ki, təhsilin keyfiyyəti gələcək nəsillərə bilik verən müəllimlərin səviyyəsindən çox asılıdır. Bu gün muxtar respublikada təhsil sahəsində görülən işlərdən biri də müəllim heyətinin seçilməsindəki yenilikdir. Bu yenilik Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”na uyğun olaraq komissiya tərəfindən pedaqoji profilli ixtisasları bitirmiş gənclərin müsabiqə yolu ilə işə qəbuludur.

Vurğulanıb ki, ilkin mərhələdə Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisaslar üzrə, ümumilikdə, 165 vakant iş yeri müəyyənləşdirilib. İyulun 17-də Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 528 sənəd təqdim edilib. Avqustun 24-dən sentyabrın 12-dək keçirilmiş test imtahanlarının nəticələrinə əsasən bu gün 45 müəllim işlə təmin olunur.

“Stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin 9 nəfərinin yaşayış yeri Naxçıvan şəhəridir. Gənclərin ucqar dağ kəndlərində yerləşən təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərmək istəyi həmin təhsil müəssisəsində yaradılmış yüksək şərait və yaşayış məntəqələrinin gündən-günə müasirləşməsi ilə əlaqədardır”, – deyən təhsil naziri bildirib ki, bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada həyata keçirdiyi əməli tədbirlərin məntiqi nəticəsidir.

Sonra təhsil naziri gənc müəllimləri pedaqoji fəaliyyətə başlamaları münasibətilə təbrik edib, onlara hərtərəfli biliyə, geniş dünyagörüşünə, xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən nəsil yetişdirilməsində səylə çalışmalarını arzulayıb.

Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov çıxış edərək, ümumtəhsil məktəblərində müəllimlərin əsas vəzifələri barədə məlumat verib.

Gənc müəllimlər adından çıxış edən Sevinc Məmmədova həyata keçirilən uğurlu təhsil siyasətinə, fəaliyyətləri üçün yaradılan şəraitə və gənclərə göstərilən yüksək qayğıya görə minnətdarlığını bildirib.

Sonda Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə metodik vəsaitlər təqdim olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR