Slimfit
  1. AZƏRBAYCAN

Naxçıvanda “Milli geyimlər festivalı” keçirilib

Naxçıvanda “Milli geyimlər festivalı” keçirilib
Sakura

Naxçıvanda “Milli geyimlər festivalı” keçirilib

Naxçıvanda “Milli geyimlər festivalı” keçirilib. 

"Report" xəbər verir ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan festivalda Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları və digər kollektivlər xalq mahnıları, milli rəqslər ifa ediblər. 

Naxçıvanda fəaliyyət göstərən teatrların aktyorlarının ifasında müxtəlif kompozisiyalar təqdim olunub.

Festivalda müxtəlif geyim və rəsm sərgilərində əl işləri, qədim dövrlərə aid muzey eksponatları nümayiş olunacaq. Xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilənin nümayişi tədbirə əlavə rəng qatıb. Azərbaycanın bütün bölgələrinə aid milli geyimli gənclərin əllərində oxunması zəruri olan kitablarla festivalda gəzməsi marağa səbəb olub.

Festivalda yerli sakinlərlə bərabər əcnəbi turistlər və "Naxçıvan: İslam Mədənıyyətının Paytaxtı" adlı beynəlxalq konfransa qatılan qonaqlar da iştirak ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR