Dərc edildi: Baxış sayı: 469
Naxçıvanda keçirilən seçkilər niyə gizlədilir?
Fevralın 9-da Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə paralel olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçkilər keçirilib.
Yenisabah.az xatırladır ki, 5 dekabr 2019-cu ildə Milli Məclis buraxılandan və fevralın 9-da növbədənkənar seçkilər təyin olunandan 4 gün sonra, yəni, 9 dekabr 2019-cu ilə tarixdə Ali Məclisin sədri Vasif Talıbov rəhbərlik etdiyi qurumun buraxılması barədə sərəncam imzalayıb.
Bundan sonra Ali Məclisə seçkilərlə bağlı hər hansı məlumat yayılmayıb. Nə qeydiyyat, nə də təbliğat və təşviqat mərhələsində Ali Məclisdə təmsilçilik uğrunda yarışanlar barədə məlumat verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət