“Naxçıvanda əhalidən qaz, işıq pulu Bakı tarifləri ilə alınmamalıdır”
“Bizim qarşımızda Qarabağdan ciddi məsələ-Naxçıvan məsələsi durur. Naxçıvanın yolu açılmayıb”.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
Deputat qeyd edib ki, Naxçıvanda işsizlik sürətlə artır:
“Heç bir zavod, fabrik fəaliyyət göstərmir. Əhalinin böyük əksəriyyəti Bakıda, İstanbulda məskunlaşıb. İşsiz əhalidən qaz, elektrik tariflərini Bakı ilə eyni məbləğdə alırlar. Bunu aşağı salmaq lazımdır. Təyyarə qiymətləri bahadır. Xəstələrin böyük əksəriyyəti orda müalicəsiz yaşayır. Xəstə və tələbələrin gedib-gəlməsi üçün imtiyazlar tətbiq olunmalıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət