Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Naxçıvanda da məktəblər bağlandı

Naxçıvanda da məktəblər bağlandı
Sakura

Naxçıvanda da məktəblər bağlandı

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Bu barədə Axar.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək.

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafika uyğun davam edib.

Həmçinin bu qərar uşaq baxçalarına da aiddir.

Xatırladaq ki, ötən gün Azərbaycanda bağça, məktəb və universitetlərdə martın 10-a qədər müvəqqəti tətil elan edilsə də, Naxçıvan Muxtar Respublikasının bütün təhsil müəsisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılmayacağı bildirilmişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR