Dərc edildi: Baxış sayı: 379
NATO Rusiyadan cəmi 60 km aralıqda hərbi baza açdı
Baltikyanı ölkələr içərisində ilk dəfə hərbi aviabaza yaradılıb. AzVision.az “TASS”a istinadən xəbər verir ki, Litvanın Mariyampolsk rayonunun Kazlu Rude şəhərində yaradılan yeni aviasiya poliqonu Litva Silahlı Qüvvələrinin ixtiyarına verilib.
Litva Müdafiə Nazirliyindən bildiriblər ki, hərbi aviabaza havadan zərbələr üçün NATOstandartlarına uyğun şəkildə qurulub və ABŞ-ın Pensilvaniya ştatının Milli Qvardiyasının mühəndis heyətinin iştirakilə inşa edilib.
Yeni hərbi baza Rusiya ilə sərhəddən cəmi 60 kilometr məsafədə yerləşir. Bu aviabazada NATO-un iştirakilə hərbi təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Kazlu Rude aviabazasının tikintisinə ötən ilin payızından start verilib. Bazanın yaradılması üçün çəkilən xərclər açıqlanmır. Bundan əvvəl Litva Müdafiə Nazirliyi bəyan etmişdi ki, ordu poliqonlarının modernləşdirilməsi üçün 2021-ci ilədək 47 milyon avro lazım olacaq.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət