Dərc edildi: Baxış sayı: 197
NATO Rusiya sərhədinin yaxınlığında qərargah yaradır
NATO quru qoşunlarının qərargahını Finlandiyada, Rusiya sərhədinin yaxınlığında yerləşdirməyi planlaşdırır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Finlandiyanın Norveçin müdafiə naziri Börn Arild Qram deyib.
O bildirib ki, qərargah Finlandiyanın Mikkeli şəhərində yerləşəcək. Oradan Rusiya ilə sərhədə qədər cəmi 140 kilometrdir. Hərbi bölmələr ABŞ-ın Norfolk əyalətindəki hərbi blokun qərargah komandirlərinə tabe olacaq.
Nazirin sözlərinə görə, qərargah döyüş hazırlığının artırılmasına cavabdeh olacaq və sutka ərzində işləyəcək. NATO-nun iyulda keçiriləcək sammitində yeni bölmənin yaradılması planları müzakirə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət