Slimfit
  1. DÜNYA

NATO-nun baş katibi Fransanı 5-ci maddəyə hörmət etməyə çağırıb

NATO-nun baş katibi Fransanı 5-ci maddəyə hörmət etməyə çağırıb
Sakura

NATO-nun baş katibi Fransanı 5-ci maddəyə hörmət etməyə çağırıb

“5-ci maddə NATO-nun nüvəsidir”.

Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Fransa prezidenti Emmanuel Makronun Alyansın 5-ci maddə ilə bağlı çıxışına münasibət bildirərkən deyib.

“5-ci maddə NATO-nun nüvəsidir. Bu, hamımız birimiz, birimiz hamımız üçün deməkdir. Potensial düşəmənlər istənilən hücumun ittifaqın bütün üzvlərinə edildiyini və buna Alyansın mütləq cavab verəcəyini bilərsə, hücum etməz. Birlikdə dünyanın ən böyük hərbi gücüyük. 5-ci maddə müqavilənin bir öhdəliyidir. Fransadan və bütün müttəfiqlərdən bu maddənin yanında omasını gözləyirəm”, - deyə o qeyd edib.

Y.Stoltenberq Alyans daxilində fərqli düşüncələrin olmasına baxmayaraq dekabrın 3-də Londonda keçiriləcək NATO sammitində ismarışın da bu yöndə olacağını bildirib.

Qeyd edək ki, Emmanuel Makron noyabrın 6-da “Economist” jurnalına müsahibəsində NATO-nu tənqid edərək Alyansın beyin ölümünün reallaşdığını demişdi. O, Alyansın 5-ci maddəsinə inamının qalıb-qalmadığı ilə bağlı suala cavabında deyib: “Bilmirəm”.

Xatırladaq ki, dekabrın 2-3-də Londonda NATO-nun zirvə toplantısı keçiriləcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR